İngiltərə millisinin baş məşqçisi Tomas Tuxel DÇ-2026-nın 1/8 final mərhələsində Meksika ilə oyundan əvvəl Dieqo Maradonanın “Tanrının əli” haqqında danışıb.
İdman.Biz bildirir ki, Meksika – İngiltərə qarşılaşması Mexikonun “Estadio Azteca” stadionunda keçiriləcək.
Orada İngiltərə DÇ-1986-nın dörddəbir finalında Argentinaya məğlub olmuşdu (1:2). Əfsanəvi futbolçu Dieqo Maradona Argentinanın hər iki qolunu vurmuşdu; ilk qolunu o, sonradan “Tanrının əli” adlandırdığı sol əli ilə vurmuşdu.
“Bəli, o, bizi mükafatlandıracaq, hər şeyi geri alacağıq. Bu, karmadır, hər şey bizə qayıdacaq, hər şeyi dəyişdirəcəyik.
Əlbəttə ki, Maradonanın dünya çempionatını xatırlayıram. İngiltərəyə iki qol vurdu - biri driblinqdən sonra, digəri isə bu gün heç cür sayılmayacaq qol idi.
Bu, ikonik bir stadiondur. Bura həsr olunmuş fotoalbomu xatırlayıram. Bu oyuna görə çox həyəcanlıyam. Bu, əlamətdar bir matçdır - bütün ölkənin enerjisinə qarşı oynayacağıq”, - ESPN Tuxeldən sitat gətirir.
