“Napoli”nin baş məşqçisi Antonio Konte 11-ci turda “Bolonya”ya 2:0 hesabı ilə məğlub olduqdan sonra beynəlxalq fasilə zamanı komandasını tərk edib.
Bu barədə İdman.Biz Sky Sport Italia-ya istinadən xəbər verir.
Məşqçi noyabrın 17-də işə qayıdacaq.
Nəşrin məlumatına görə, italiyalı məşqçi əvvəlcədən bir həftəlik fasiləni razılaşdırıb. O, hazırda Turindədir və oyunçuları Kontenin köməkçisi Kristian Stellini hazırlayır.
İtaliya çempionatında 11 oyundan sonra “Napoli” 22 xala malikdir və turnir cədvəlində lider “İnter” və “Roma”dan iki xal geridə qalaraq dördüncü yerdədir.
