Münhen “Bavariya”sının baş məşqçisi Vinsent Kompani Almaniya Bundesliqasının 8-ci turunda “Borussiya Mönhenqladbax” üzərində qələbədən sonra fikirlərini bildirib.
İdman.Biz xəbər verir ki, sözügedən matç 3:0 hesabı ilə qurtarıb.
“İlk hissə çox emosional keçdi, “Qladbax” hər top uğrunda mübarizə apardı. Onlar tez-tez hücumçularımızı zərərsizləşdirdilər. Qırmızı vərəqəyə baxmayaraq, onların əllərindən gələni etdiklərini hiss etdik - azarkeşlər bir çox məqamda sevinirdilər. Sakit qaldıq və emosiyalarımızı cilovlamağa çalışdıq. İkinci hissədə tempi qoruduq və çoxlu meydançalararası oyunlar oynadıq. Müəyyən məqamlarda şanslarınızdan istifadə etməlisiniz və biz də bunu etdik", - Kompani Münhen klubunun rəsmi saytında bildirib.
Bu oyundan sonra “Borussiya Mönhenqladbax” Almaniyanın yüksək divizionunun turnir cədvəlində üç xalla sonuncu, 18-ci yerdədir, “Bavariya” isə 24 xalla turnir cədvəlinə başçılıq edir.
