Tonali niyə “Tottenhem”i seçdiyini açıqladı

1 Avqust 2026 14:11
102
Tonali niyə “Tottenhem”i seçdiyini açıqladı

İtaliya millisinin futbolçusu Sandro Tonali “Nyukasl”dan ayrılaraq niyə “Tottenhem”ə keçdiyini açıqlayıb.

İdman.Biz xəbər verir ki, London klubu yarımmüdafiəçini bonuslar da daxil olmaqla 100 milyon funt sterlinq qarşılığında transfer edib.

“İtaliyaya qayıtmaq istəyirdik, amma bu, maliyyə baxımından mümkün deyildi. İtaliya klubları maaşımı ödəyə bilərdi, lakin transfer məbləğini qarşılamaq iqtidarında deyildi.

İngiltərə bizim seçimimiz idi və burada həm mənim, həm karyeram, həm futbolum, həm xoşbəxtliyim, həm də ailəm üçün ən yaxşı variantı tapdıq. İki klubla danışdım. Cəmi 10-15 dəqiqəlik söhbət "Tottenhem"in növbəti komandam olacağını anlamaq üçün kifayət etdi”, – deyə Tonali bildirib.

İdman.Biz
Məqalədə: