Maksim Medvedev: “Abbas Hüseynov hələ də əvəzedici komandada məşq edir”

1 Avqust 2026 13:12
116
Maksim Medvedev: “Abbas Hüseynov hələ də əvəzedici komandada məşq edir”

“Abbas Hüseynov hələ də “Qarabağ” futbol klubunun əvəzedici komandasında məşq edir”.

Bu sözləri “Qarabağ-2” futbol klubunun baş məşqçisi Maksim Medvedev deyib.

Mütəxəssis cinah müdafiəçisinin klubdakı taleyi barədə danışıb.

“Artıq hazırlığın aktiv fazasına keçmişik. İnşallah, bu yaxınlarda yoldaşlıq görüşlərində Abbasa şans verəcəm ki, oyun praktikasını qaytarsın”, - deyə o sport24.az-a açıqlamasında söyləyib.

Maksim Hüseynovun əsas komandaya qayıtma ehtimalı barədə bunları söyləyib:

“Əsas komandaya qayıtmaq ehtimalı? Bu suala cavab vermək çətindir. Hazırda bütün fikirlər avrokuboklardadı. Müəyyən vsxt keçdikdən sonra nəsə deyə bilərəm”.

Qeyd edək ki, Abbas Hüseynov intizam qaydalarını pozduğuna görə əsas komandadan uzaqlaşdırılıb.

İdman.Biz