“Arsenal”ın keçmiş baş məşqçisi və FIFA-nın texniki tədqiqat qrupunun hazırkı rəhbəri Arsen Venger “topçular”ın cari Premyer Liqa mövsümü üçün perspektivləri ilə bağlı fikirlərini bölüşüb.
İdman.Biz bildirir ki, londonlular hazırda İngiltərə Premyer Liqasının turnir cədvəlinə başçılıq edirlər.
“Arsenal” bu mövsüm çempion olacaqmı? Bəli, şübhəsiz. Deyə bilərsiniz ki, mən bunu hər il deyirəm, amma bu mövsüm onların istənilən çətinliyin öhdəsindən gələcək qədər güclü bir komandası var.
Keçən mövsüm Kay Haverts və Bukayo Sakanı itirəndə bu, çox hiss olundu, amma indi Noni Madueke, Ebereçi Eze, Qabriel Martinelli və Leandro Trossard var. Onların müdafiədə Kristian Mosquera var və cinahlarda və mərkəz müdafiəsində rotasiya variantları var. Maylz Lyuis-Skelli hələ tam uyğunlaşmayıb, amma o, İngiltərə millisinin üzvüdür”, - deyə Venger bildirib.
