İngiltərə Premyer Liqasının 7-ci turunun “Çelsi” – “Liverpul” matçına yekun vurulub.
İdman.biz xəbər verir ki, oyunda londonlular 2:1 hesabı ilə qalib gəlib.
Moyses Kaysedo londonluları 14-cü dəqiqədə önə çıxarıb. 63-cü dəqiqədə isə Kodi Qakpo hesabı bərabərləşdirib. Qələbə qolunu 90+5-ci dəqiqədə Estevao vurub.
Bu oyundan sonra “Çelsi” 11 xalla İngiltərə çempionatının turnir cədvəlində altıncı, “Liverpul” isə 15 xalla ikinci pillədə qərarlaşıb. “Arsenal” 16 xalla birinci yerdədir.
Xatırladaq ki, həm “Çelsi”, həm də “Liverpul” UEFA Çempionlar Liqasında “Qarabağ” klubunun rəqibləridirlər. Noyabrın 4-də Ağdam klubu Bakıda londonluları qəbul edəcək. 2026-cı il yanvarın 28-də isə səfərdə “Liverpul”la qarşılaşacaq.