İngiltərə Premyer Liqasında çıxış edən “Liverpul”un yarımmüdafiəçisi Dominik Soboslai klubla yeni müqavilə imzalayıb.
İdman.Biz ESPN-ə istinadən xəbər verir ki, tərəflər arasındakı bütün prosedurlar başa çatıb və müqavilə bu gün imzalanıb.
Yeni razılaşma 2031-ci ilin iyun ayınadək qüvvədə olacaq. Müqavilənin şərtlərinə əsasən, 25 yaşlı yarımmüdafiəçi “Liverpul”un ən yüksək maaş alan futbolçuları sırasına daxil olacaq.
View this post on Instagram
