“Neftçi”nin sabiq çempionu Azərbaycana qayıdır: Yeni klubu məlum olub

17 İyul 2026 14:54
87
“Neftçi”nin sabiq çempionu Azərbaycana qayıdır: Yeni klubu məlum olub

“Neftçi”nin sabiq futbolçusu Mamadu Kane Azərbaycana qayıtmağa çox yaxındır.

İdman.Biz sport24.az-a istinadən xəbər verir ki, 29 yaşlı qvineyalı yarımmüdafiəçi “Araz-Naxçıvan”la bütün əsas məsələlərdə razılığa gəlib.

Gözlənilməz hal baş verməzsə, tərəflər arasında 1+1 illik müqavilə imzalanacaq.

Mamadu Kane uzun illər Azərbaycan çempionatında uğurlu çıxışı ilə yadda qalıb. O, 2021-ci ildə “Neftçi”nin heyətində Misli Premyer Liqasının çempionu olub və komandanın aparıcı futbolçularından biri sayılıb.

Transferin yaxın günlərdə rəsmən açıqlanacağı gözlənilir.

İdman.Biz