İngiltərənin “Liverpul” futbol klubundan azad agent statusunda ayrılan Məhəmməd Salahın “Beşiktaş”la razılaşdığı iddia olunur.
İdman.Biz xəbər verir ki, bu barədə türk futbolunun əfsanəvi qapıçısı Rüştü Rəcbər açıqlama verib. Canlı yayımda çıxış edən Rüştü Rəcbər “Beşiktaş” prezidenti Sərdal Adalının Salahın transferini gizlicə tamamladığını bildirib.
“Prezident Salahın transferini bitirib. Bunu tamamilə dəqiq məlumata əsaslanaraq deyirəm. Sərdal abini yaxşı tanıyıram, aramızdakı bağa güvənərək onun bədən dilindən və mimikalarından bu transferin həll olunduğunu görürəm”, - deyə veteran futbolçu söyləyib.
Misirli futbolçunun meneceri Remi Abbas isə futbolçunun gələcək taleyinin hələ dəqiqləşmədiyini, lakin yaxın vaxtlarda hər şeyin bəlli olacağını deyib. Amma Türkiyə mediası Remi Abbasın hazırda İstanbulda olduğunu yazıb.
