Futbol üzrə Azərbaycan millisi UEFA Millətlər Liqasına hazırlıq çərçivəsində yoldaşlıq görüşü keçirəcək.
İdman.Biz xəbər verir ki, bu barədə AFFA-nın mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, Ayxan Abbasovun baş məşqçisi olduğu kollektiv sentyabrın 23-də Tacikistan yığması ilə qarşılaşacaq.
Oyun “Palms Sports Arena”da baş tutacaq.
Qeyd edək ki, A milli UEFA Millətlər Liqası çərçivəsində sentyabrın 27-də Litva ilə səfərdə, oktyabrın 1-də Lixtenşteyn, 4-də isə Litva ilə evdə qarşılaşacaq.
