“Real Madrid” Araujonu transfer etmək istəyir

18 Sentyabr 2026 13:40
93
“Real Madrid” Araujonu transfer etmək istəyir

İspaniyanın “Real Madrid” futbol komandası müdafiə xəttini Tomaş Araujo ilə gücləndirə bilər.

İdman.Biz xəbər verir ki, bu barədə insayder Ekrem Konur məlumat yayıb.

Mənbənin məlumatına görə, Madrid təmsilçisi “Benfika”nın portuqaliyalı müdafiəçisinin transfer imkanlarını nəzərdən keçirir.

Araujoya “Bavariya” da maraq göstərir. Münhen klubu futbolçunun durumunu izləyən komandalar sırasındadır.

Qeyd edək ki, Tomaş Araujonun “Benfika” ilə hazırkı müqaviləsi 2031-ci ilə qədər nəzərdə tutulub.

İdman.Biz