Dursun Özbek gözünü Aziz Yıldırımın telefonundan çəkmədi - VİDEO

18 Sentyabr 2026 13:03
93
Dursun Özbek gözünü Aziz Yıldırımın telefonundan çəkmədi - VİDEO

Türkiyənin “Qalatasaray” və “Fənərbağça” futbol klublarının prezidentləri Dursun Özbek və Aziz Yıldırım bir tədbirdə yan-yana görüntüləniblər.

İdman.Biz Türkiyə mediasına istinadən xəbər verir ki, iki klub rəhbəri 2027-ci il İspaniya Superkubokunun təqdimat toplantısında iştirak ediblər. Tədbir zamanı onların söhbət etdiyi anlardan yeni görüntülər yayılıb.

Kadrlarda Aziz Yıldırımın mobil telefonu ilə məşğul olduğu, Dursun Özbekin isə onun telefon ekranına baxdığı görünür.

Bundan başqa, iki prezidentin tədbir boyunca səmimi söhbəti də diqqət çəkib. “Qalatasaray” və “Fənərbağça” arasındakı prinsipial rəqabət fonunda onların yanaşı və rahat ünsiyyətdə olması sosial mediada maraq doğurub.

İdman.Biz