Rüdiger: “Mourinyo ilə yollarımız nəhayət 33 yaşımda kəsişdi”

19 Noyabr 2026 06:13
66
Rüdiger: “Mourinyo ilə yollarımız nəhayət 33 yaşımda kəsişdi”

“Real Madrid”in müdafiəçisi Antonio Rüdiger komandanın baş məşqçisi Joze Mourinyo ilə münasibətlərindən danışıb.

İdman.Biz xəbər verir ki, almaniyalı futbolçu portuqaliyalı mütəxəssisin mövsümün sonuna yaxın onunla əlaqə saxlayaraq Madriddə qalmasını istədiyini bildirib:

“Mövsümün başa çatmasına az qalmış mənə zəng etdi və komandanı çalışdıracağını söylədi. Qalmağımı istəyirdi. Həmin andan hər şey daha aydın oldu”.

Rüdiger Mourinyonun əvvəllər də onu komandasında görmək istədiyini vurğulayıb:

“Mourinyo dəfələrlə məni transfer etmək istəyib. Məsələn, o, “Tottenhem”də işləyəndə mən Frenk Lempardın rəhbərliyi altında “Çelsi”də az oynayırdım. Hətta daha gənc yaşlarımda da mənə maraq göstərmişdi. Aramızda belə bir tarixçə var. Nəhayət, 33 yaşımda yollarımız kəsişdi”.

Müdafiəçi portuqaliyalı məşqçinin komandada köklü dəyişikliklər etməsinə ehtiyac olmadığını deyib:

“Çox şeyi dəyişdiyini söyləməzdim. O, yaxşı balansı olan komandaya gəldi. Uğurlu komandanı necə qurmağı bilir və hazırda bunu bacarıb. Kimin start heyətində meydana çıxmasının, kimin ehtiyatdan oyuna qoşulmasının fərqi yoxdur”.

Rüdiger Mourinyonun gündəlik davranışlarından da söz açıb:

“Zarafat edir, amma yalnız paltardəyişmə otağında. Səhər gələndə həmişə danışmağa bir əhvalatı olur. Meydanda isə zarafata yer yoxdur”.

İdman.Biz