Azərbaycanın 17 yaşadək futbolçulardan ibarət millisinin üzvü Zeyd Nəsirulla Almaniyada komandasını dəyişib.
İdman.Biz AZƏRTAC-a istinadən xəbər verir ki, o, U-19 Bundesliqada mübarizə aparan “Ştaaken” klubuna keçib.
Futbolçu bunadək “Berliner”in U-19 komandasında çıxış edirdi.
1,85 metr boya malik oyunçu ötən mövsüm “Bavariya” və “Leypsiq” kimi klubların akademiyalarına qarşı matçlarda iştirak edib.
