Futbol üzrə Azərbaycan Kubokunun 2026/2027 mövsümünün püşkü atılıb - FOTO

18 Sentyabr 2026 13:36
123
Futbol üzrə Azərbaycan Kubokunun 2026/2027 mövsümünün püşkü atılıb - FOTO

Futbol üzrə Azərbaycan Kubokunun 2026/2027 mövsümünün püşkatma mərasimi keçirilib.

İdman.Biz xəbər verir ki, tədbirdə təsnifat mərhələlərində qarşılaşacaq cütlüklər müəyyənləşib.

Azərbaycan Kuboku

1-ci təsnifat mərhələsi

1. "Marafon" – "Dinamo"
2. "Qaradağ Lökbatan" – "Şəki"
3. "Şirvan" – "Kür-Araz"
4. "Ağdaş" – "Hypers"
5. "Şəmkir" – "Ağstafa Gəncləri"
6. "Difai" – "Zəngəzur"

2-ci təsnifat mərhələsi

7. "Şimal" – "Araz-Naxçıvan"
8. 1-ci cütün qalibi – "Zaqatala"
9. "İmişli" – 2-ci cütün qalibi
10. 3-cü cütün qalibi – "Sumqayıt"
11. "Qəbələ" – "Mingəçevir"
12. MOİK – "Şahdağ Qusar"
13. "Xankəndi" – "Gəncəbasar"
14. 4-cü cütün qalibi – "Şamaxı"
15. "Şəfa" – 5-ci cütün qalibi
16. 6-cı cütün qalibi – "Karvan-Yevlax"
17. "Səbail" – "Zirə"
18. "Kəpəz" – "Baku Sportinq"

1/8 final

19. 7-ci cütün qalibi – 8-ci cütün qalibi
20. "Sabah" – 9-cu cütün qalibi
21. 10-cu cütün qalibi – "Qarabağ"
22. 11-ci cütün qalibi – 12-ci cütün qalibi
23. 13-cü cütün qalibi – 14-cü cütün qalibi
24. "Neftçi" – 15-ci cütün qalibi
25. 16-cı cütün qalibi – 17-ci cütün qalibi
26. "Turan Tovuz" – 18-ci cütün qalibi

Qeyd edək ki, Azərbaycan Kubokunda 34 komanda iştirak edəcək. 1/4 finala qədər qalib bir oyunun nəticəsinə əsasən müəyyənləşəcək. Daha sonra ev-səfər prinsipi tətbiq olunacaq.

Azərbaycan Kubokunun final matçı 2027-ci il mayın 12-də Gəncə stadionunda təşkil olunacaq.

İdman.Biz