Bu gün Birinci Liqada üçüncü tura yekun vurulub.
İdman.Biz xəbər verir ki, sonuncu oyun günündə bir qarşılaşma keçirilib.
“Xankəndi” Şamaxıda MOİK-lə qarşılaşıb. Görüş qonaqların 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.
MOİK-in qollarını 66 və 90-cı dəqiqələrdə B.İsmayılov vurub.
Bu nəticədən sonra MOİK xalların sayını dördə çatdırmaqla turnir cədvəlində beşinci pillədədir. “Xankəndi” isə bir xalla yeddincidir.
Turnir cədvəlinə maksimum nəticə ilə “Şahdağ Qusar” başçılıq edir.
11:47
Bu gün futbol üzrə Azərbaycan Birinci Liqasının üçüncü turunun son oyunu keçiriləcək.
İdman.Biz xəbər verir ki, turun bağlanış qarşılaşmasında “Xankəndi” MOİK-i qəbul edəcək.
Şamaxı Olimpiya İdman Kompleksinin stadionunda keçiriləcək görüş saat 16:00-da başlayacaq.
Azərbaycan Birinci Liqası
Üçüncü tur
18 sentyabr
16:00. “Xankəndi” - MOİK
Hakimlər: Niyaz Əhmədov, Sənan Atayev, Vüqar Bayramov, Əkbər Əhmədov.
Hakim-inspektor: Ceyhun Haşımov.
AFFA nümayəndəsi: İlham Əliyev.
Şamaxı. Olimpiya İdman Kompleksinin stadionu.
Qeyd edək ki, turun əvvəlki oyunlarında “Karvan-Yevlax” “Zaqatala”nı böyük hesabla (3:0) üstələyib, “Şimal” “Şahdağ Qusar”a (1:4), “Mingəçevir” “Gəncəbasar”a (0:3) “Baku Sportinq” isə “Səbail”ə (0:1) məğlub olub.
