Tovuz toyunda futbol sevgisi: qonaqlar “Qarabağ” - “Turan Tovuz” matçını izlədilər - VİDEO

7 Noyabr 2026 14:28
43
Tovuz toyunda futbol sevgisi: qonaqlar “Qarabağ” - “Turan Tovuz” matçını izlədilər - VİDEO

Ötən gün Tovuzda keçirilən toy mərasimlərindən birində maraqlı anlar yaşanıb.

İdman.Biz xəbər verir ki, sosial şəbəkələrdə yayılan görüntülərə əsasən, qonaqlar şənliklə yanaşı Misli Premyer Liqasının 11-ci turunda keçirilən “Qarabağ” - “Turan Tovuz” matçını da izləyiblər.

Belə ki, şadlıq sarayındakı monitorların ikisində həmin qarşılaşma nümayiş etdirilib. Bu mənzərə bölgədə futbola marağın böyük olduğunu göstərib.

Qeyd edək ki, “Turan Tovuz” səfərdə “Qarabağ”ı 1:0 hesabı ilə məğlub edib.

İdman.Biz