“Beşiktaş”a qol vuran Abdalla “Marsel”in ümudi oldu

18 Sentyabr 2026 14:52
96
“Beşiktaş”a qol vuran Abdalla “Marsel”in ümudi oldu

Fransanın “Marsel” futbol komandasının hücumçusu Keylian Abdalla Avropa Liqasında “Beşiktaş”a qarşı keçirilən oyunda diqqət mərkəzinə düşüb.

İdman.Biz “Foot Mercato”ya istinadən xəbər verir ki, 20 yaşlı futbolçu Bruno Jenezionun rəhbərliyi altında ilk dəfə start heyətində meydana çıxıb və “Marsel”in 1:4 hesabı ilə uduzduğu görüşdə komandasının yeganə qolunu vurub.

Abdalla Himad Abdellinin ötürməsindən sonra fərqlənib. Bu qol onun cari mövsümdə ikinci dəqiq zərbəsi olub. Gənc hücumçu daha əvvəl Liqa 1-in ilk turunda “Strasbur”la matçda da qol vurub.

“Foot Mercato”nun qiymətləndirməsində Abdalla “Marsel” futbolçuları arasında ən yüksək - 6,5 bal alıb. Hücumçunun klubla müqaviləsi 2028-ci ilin iyununa qədər nəzərdə tutulub.

Qeyd edək ki, Abdalla bu mövsüm Liqa 1-də hələ start heyətində meydana çıxmayıb və ümumilikdə 94 dəqiqə şans qazanıb. İstanbulda vurduğu qol onun əsas heyətdə daha çox oynamaq üçün namizədliyini gücləndirib.

İdman.Biz