PFL rəsmisindən “Araz-Naxçıvan” və “Sabah”ın stadion məsələsi ilə bağlı AÇIQLAMA

17 İyul 2026 16:14
109
PFL rəsmisindən “Araz-Naxçıvan” və “Sabah”ın stadion məsələsi ilə bağlı AÇIQLAMA

“Araz-Naxçıvan” komandası Azərbaycan Premyer Liqasının 2026/2027 mövsümündə ev oyunlarını keçirəcəyi stadionla bağlı hələ də yekun qərar verməyib.

İdman.Biz xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının texniki-idman direktoru Elgiz Abbasov 2026/2027 mövsümünün püşkatma mərasimindən sonra jurnalistlərə açıqlamasında deyib.

“Araz-Naxçıvan” stadion seçimi məsələsində problem yaşayır. Variantlar üzərində çalışırlar. Klubdan bizə hələlik bununla bağlı rəsmi müraciət gəlməyib”, - deyə Abbasov bildirib.

PFL rəsmisi “Sabah” klubunun ehtiyat stadion seçimi ilə bağlı məsələyə də münasibət bildirib.

“Sabah” “Liv Bona Dea Arena”nı Azərbaycan Premyer Liqasının 2026/2027 mövsümü üçün ehtiyat stadion kimi təqdim edib. Komanda ev oyunlarını bu stadionda keçirə bilər”, - deyə o vurğulayıb.

Qeyd edək ki, Azərbaycan Premyer Liqasının 2026/2027 mövsümünə avqustun 14-də start veriləcək.

İdman.Biz