“Qarabağ” futbol klubunun baş məşqçisi Qurban Qurbanov intizamsızlıq edən oyunçu ilə bağlı qərar qəbul edib.
İdman.Biz sportinfo.az-a istinadən xəbər verir ki, o, Joni Montieli əsas komandadan uzaqlaşdırıb.
Təcrübəli mütəxəssis ispaniyalı yarımmüdafiəçini qeyri-müəyyən müddətə düşərgədən kənarlaşdırıb. Buna səbəb pireneyli legionerin intizamsızlığa yol verməsidir.
Montielin Avropa Liqasının birinci təsnifat mərhələsində “Vestri” (İslandiya) ilə keçirilən oyunlar üçün iştirak ərizəsində adının olmaması sırf bu hadisədən qaynaqlanır.
UEFA-ya təqdim olunan yekun siyahıda 24 futbolçu yer alıb.
Onlardan dörd nəfəri - Teymur Həsənov, Bilal Hacıyev, Hikmət Cəbrayılzadə və Əli Bəşirov klubun özünün yetirməsidir və B siyahısında yer alır. Bu, UEFA-nın Avropa kubokları yarışına qatılan hər bir klub üçün mütləq tələbdir.
Qeyd edək ki, Elvin Cəfərquliyev və Abbas Hüseynov da oxşar tale yaşayıb.
