Premyer Liqada mövsümün ilk “Qarabağ” - “Neftçi” derbisi səkkizinci turda keçiriləcək - VİDEO

17 İyul 2026 15:55
446
Premyer Liqada mövsümün ilk “Qarabağ” - “Neftçi” derbisi səkkizinci turda keçiriləcək

Futbol üzrə Azərbaycan Premyer Liqasında 2026/2027-ci illər mövsümünün ilk “Qarabağ” - “Neftçi” derbisinin keçiriləcəyi tur müəyyənləşib.

İdman.Biz xəbər verir ki, püşkatmanın nəticələrinə əsasən, ölkə futbolunun ən prinsipial qarşılaşmalarından hesab olunan görüş səkkizinci tura təsadüf edəcək.

Qeyd edək ki, Premyer Liqada yeni mövsüm avqustun 14-də start götürəcək.

İdman.Biz
Məqalədə: