“Atletiko Madrid”dən sərt mövqe: “200 milyona da satmayacağıq”

17 İyul 2026 16:03
105
“Atletiko Madrid”dən sərt mövqe: “200 milyona da satmayacağıq”

İspaniya La Liqası təmsilçisi “Atletiko Madrid”in hücumçusu Xulian Alvares yayda başqa kluba transfer olunmayacaq.

İdman.Biz xəbər verir ki, klubun baş icraçı direktoru Migel Anxel Gil Marin argentinalı futbolçu ilə bağlı mövqelərini oyunçuya, onun nümayəndələrinə və “Barselona”nın prezidenti Joan Laportaya çatdırdıqlarını bildirib.

“Mənim mövqeyim də, klubun mövqeyi də aydındır. Bunu futbolçuya, onun nümayəndələrinə və “Barselona”nın prezidentinə bildirmişik. Şübhə etmirəm ki, “Atletiko Madrid” Xulian üçün dünyada ən doğru yerdir, Xulian isə klubumuz üçün ideal mərkəz hücumçusudur. Onu komandada saxlamaq istəyirik”, - deyə icraçı director söyləyib.

Gil Marin Laportanın təkliflərinin müddətsiz olmadığı barədə açıqlamasına da cavab verib:

“Bu yaxınlarda “Barselona” prezidentinin “Atletiko Madrid”ə etdiyi təklifin müddətsiz olmadığını söylədiyini eşitdim. Mənim yeganə cavabım budur ki, bizim cavabımız müddətsizdir. Onu transfer etmək istəmirik. 100 milyon avroluq (200 milon AZN) təklifi qəbul etmədik və 150, hətta 200 milyon avroluq təklifi də qəbul etməyəcəyik”.

İdman.Biz