Futbol üzrə Azərbaycan Kubokunun 2026/2027 mövsümünün final oyununun tarixi müəyyənləşib.
İdman.Biz xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının texniki-idman direktoru Elgiz Abbasov Azərbaycan Premyer Liqasının yeni mövsümünün püşkatma mərasimində məlumat verib.
PFL rəsmisinin sözlərinə görə, Azərbaycan Kubokunun qalibinin müəyyənləşəcəyi həlledici qarşılaşma 2027-ci il mayın 12-də oynanılacaq.
