DÇ-2026-nın finalından sonra gərgin anlar və Messinin soyuqqanlılığı - VİDEO

20 İyul 2026 10:42
344
DÇ-2026-nın finalından sonra gərgin anlar və Messinin soyuqqanlılığı - VİDEO

DÇ-2026-nın finalında İspaniyanın Argentina üzərində 1:0 hesablı qələbəsindən sonra meydanda gərgin anlar yaşanıb.

İdman.Biz xəbər verir ki, sosial şəbəkələrdə yayılan görüntülərdə dünya çempionu olan İspaniya millisinin futbolçularının qələbəni böyük coşqu ilə qeyd etdiyi görünür.

Bu zaman məğlubiyyəti qəbul etməkdə çətinlik çəkən bəzi argentinalı futbolçular rəqib komandanın oyunçuları ilə mübahisəyə başlayaraq əlbəyaxa olublar. Meydanda yaranan insidentə digər futbolçular və komanda üzvləri müdaxilə edərək tərəfləri sakitləşdirməyə çalışıblar.

Final fitindən sonra baş verən insidentə Leandro Paredesin Qavini yerə itələməsi səbəb olub və Argentina millisinin baş məşqçisi Lionel Skaloni də vəziyyəti sakitləşdirmək üçün hadisəyə müdaxilə edib.

Görüntülərin ən çox müzakirə olunan məqamlarından biri isə Lionel Messinin davranışı olub. Argentina millisinin kapitanı meydandakı qarşıdurmaya qarışmayaraq baş verənləri soyuqqanlı şəkildə izləyib. Bu anlar sosial şəbəkələrdə geniş yayılıb və azarkeşlər tərəfindən müxtəlif cür şərh olunub.

İdman.Biz