Ferran Torres DÇ-2026 finalının ən yaxşı futbolçusu seçildi

20 İyul 2026 02:35
553
Ferran Torres DÇ-2026 finalının ən yaxşı futbolçusu seçildi

İspaniyanın “Barselona” futbol komandasının hücumçusu Ferran Torres DÇ-2026 finalının ən yaxşı futbolçusu seçilib.

İdman.Biz xəbər verir ki, 26 yaşlı oyunçuya fərdi mükafatı final qarşılaşmasından əvvəl İspaniya yığmasını dəstəklədiyini açıqlayan kolumbiyalı müğənni Şakira təqdim edib.

Torres Argentina ilə həlledici görüşə ehtiyat oyunçular skamyasında başlayıb və matçın 62-ci dəqiqəsində Mikel Oyarsabalın əvəzinə meydana daxil olub. Hücumçu əlavə vaxtın 106-cı dəqiqəsində qarşılaşmanın yeganə qolunu vuraraq İspaniyaya dünya çempionluğunu qazandırıb.

İspaniya Argentinanı 1:0 hesabı ilə məğlub edərək tarixində ikinci dəfə dünya çempionu olub. Komanda ilk mundial titulunu 2010-cu ildə qazanmışdı.

İdman.Biz