Argentina futbol millisinin üzvü Xulian Alvares DÇ-2026-nın dörddəbir finalında İsveçrə ilə keçirilən matçın ən yaxşı oyunçusu seçilib.
İdman.Biz xəbər verir ki, qarşılaşma Argentina millisinin əlavə vaxtda 3:1 hesablı qələbəsi ilə başa çatıb. FIFA oyunun qalibi müəyyənləşdirən qolun müəllifi Alvaresi matçın ən yaxşısı elan edib.
Əsas vaxt 1:1 hesabı ilə yekunlaşıb. Aleksis Mak Allister onuncu dəqiqədə Lionel Messinin ötürməsindən sonra Argentinanı hesabda önə çıxarıb. Dan Ndoe 67-ci dəqiqədə bərabərlik qolunu vurub.
İsveçrə 72-ci dəqiqədə azlıqda qalıb. Breel Embolo ikinci sarı vərəqəni alaraq meydandan qovulub.
Argentina say üstünlüyündən əlavə vaxtda yararlanıb. Xulian Alvares 112-ci dəqiqədə uzaq məsafədən vurduğu qolla hesabı 2:1 edib. Lautaro Martines 120+1-ci dəqiqədə yekun nəticəni müəyyənləşdirib - 3:1.
Bu qələbə sayəsində titulunu qorumağa çalışan Argentina DÇ-2026-nın yarımfinalına yüksəlib.
Lionel Skaloninin komandası növbəti mərhələdə İngiltərə ilə qarşılaşacaq. Matç 15 iyulda Atlantada keçiriləcək və Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.
