İnfantino mundialda 64 komandanın iştirak edəcəyini istisna etmir

12 İyul 2026 05:35
111
İnfantino mundialda 64 komandanın iştirak edəcəyini istisna etmir

FIFA prezidenti Canni İnfantino mundialda iştirak edən komandaların sayının 48-ə çatdırılmasının faydalı olub-olmadığı sualına cavab verib və bu baxımdan mümkün dəyişiklikləri də müzakirə edbi.

İdman.Biz bildirir ki, DÇ-2026-da mundiallar tarixində ilk dəfə olaraq 48 komanda iştirak edir.

- Dünya çempionatında iştirak edən komandaların sayının 48-ə çatdırılmasının düzgün qərar olduğunu demək olarmı?

- Bəli, 100%! Komandaların sayının 48-ə çatdırılması böyük uğur idi; hər bir komanda ən yüksək səviyyədə çıxış etdi. Hər qitədən komandalar qol vurdu və ən azı bir xal qazandı. 10 Afrika komandasından 9-u pley-off mərhələsinə yüksəlib. Son dünya çempionatında yalnız beş Afrika komandası iştirak edib. Bu, bütün komandaların turnirə daxil edilməsinin - onlara yarışmaq imkanı verilməsinin vacibliyini nümayiş etdirmək üçün edilir.

- Bəziləri dünya çempionatında iştirak edən komandaların sayının 64-ə çatdırıla biləcəyinə inanırlar.

- Bu məsələ mütləq bu dünya çempionatından sonra müvafiq görüşlərdə araşdırılacaq və müzakirə olunacaq. Dünya çempionatını təşkil edərkən yalnız Avropa və Cənubi Amerikanın deyil, bütün dünyanın maraqlarını nəzərə almaq vacibdir. Biz bütün millətlərə dünya çempionatında iştirak etmək arzusunu gerçəkləşdirmək imkanı verməliyik. Hamı komandaların səviyyəsinin çox yüksək olduğunu və daha da yüksəldiyini gördü və bu, bütün dünyada baş verir. Əgər kiçik ölkələrdən olan komandaların dünya çempionatında iştirak etməsinə icazə verməsək, onların daha da güclənmək üçün motivasiyası olmayacaq”, - İnfantino bildirib.

İdman.Biz