İker Kasilyas Fransa - İspaniya matçı ilə bağlı gözləntilərini bölüşüb

12 İyul 2026 01:28
80
İker Kasilyas Fransa - İspaniya matçı ilə bağlı gözləntilərini bölüşüb

“Real Madrid” və İspaniya millisinin keçmiş qapıçısı İker Kasilyas 2026-cı il dünya çempionatının yarımfinalında “La Furia Roja”nın Fransa ilə oyunu ilə bağlı gözləntilərini bölüşüb.

İdman.Biz xəbər verir ki, oyun 14 iyulda ABŞ-ın Texas ştatının Arlinqton şəhərindəki AT&T stadionunda keçiriləcək və Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

“Məndə elə təəssürat yaranıb ki, İspaniya və Fransa bu dünya çempionatında indiyə qədər potensiallarının 70%-ni istifadə ediblər. Çərşənbə axşamı fərqli olacaq! Bizi necə də gözəl oyun gözləyir!”, - Kasilyas sosial media saytında X paylaşımında yazıb.

Argentina hazırkı dünya çempionudur.

İdman.Biz