“El Chiringuito”nun məlumatına görə, Norveç və İngiltərə arasında keçiriləcək futbol üzrə dünya çempionatının dörddəbir final matçı yüksək temperatur səbəbindən təxirə salına bilər.
İdman.Biz bildirir ki, komandalar iyulun 12-də ABŞ-ın Florida ştatının Mayami şəhərindəki “Hard Rock” Stadionunda qarşılaşacaqlar. Baş hakim fransalı Kleman Türpen olacaq.
Yüksək rütubət səbəbindən temperatur 40°C-dən çox ola bilər.
DÇ-2026 11 iyun - 19 iyul tarixlərində ABŞ, Kanada və Meksikada keçirilie. Argentina hazırkı dünya çempionudur.
