İspaniya dünya rekordunun bir addımlığında

11 İyul 2026 16:40
49
İspaniya dünya rekordunun bir addımlığında

Futbol üzrə İspaniya millisi əsas vaxtda məğlubiyyətsiz oyunlar seriyasını 36 matça çatdırıb.

İdman.Biz-in məlumatına görə, ispanlar sonuncu dəfə 2024-cü il martın 22-də yoldaşlıq görüşündə Kolumbiyaya 0:1 hesabı ilə uduzub.

Komanda ötən il UEFA Millətlər Liqasının finalında Portuqaliyaya penaltilər seriyasında məğlub olsa da, əsas və əlavə vaxt 2:2 hesabı ilə başa çatdığı üçün bu nəticə məğlubiyyətsiz seriyanı pozmayıb.

İspaniya yığması 2026-cı il dünya çempionatının yarımfinalında Fransa ilə qarşılaşacaq. Komanda bu oyunda əsas vaxtda uduzmayacağı təqdirdə, 2018-2021-ci illərdə İtaliya millisinin müəyyənləşdirdiyi 37 oyunluq məğlubiyyətsizlik rekordunu təkrarlayacaq.

İdman.Biz
Məqalədə: