Bakıda avrokubok həftəsinin tamaşaçı rekordu qeydə alındı

11 İyul 2026 17:01
67
Bakıda avrokubok həftəsinin tamaşaçı rekordu qeydə alındı

Bu həftə keçirilən avrokubokların birinci təsnifat mərhələsinin ən çox tamaşaçı toplayan oyunları məlum olub.

İdman.Biz xəbər verir ki, UEFA Çempionlar Liqası, Avropa Liqası və Konfrans Liqasının bütün qarşılaşmaları arasında ən yüksək tamaşaçı göstəricisi Bakıda qeydə alınıb.

Belə ki, UEFA Avropa Liqasının birinci təsnifat mərhələsində keçirilən “Qarabağ” - “Vestri” (İslandiya) matçını tribunadan 23 549 azarkeş izləyib. Bununla da Tofiq Bəhramov adına Respublika stadionunda baş tutan qarşılaşma həftənin ən çox tamaşaçı toplayan avrokubok oyunu olub. UEFA Çempionlar Liqasının birinci təsnifat mərhələsində “Sabah”ın TNS-ə qarşı keçirdiyi görüş isə bu göstəricidə səkkizinci pillədə qərarlaşıb. Masazırdakı qarşılaşmanı təxminən 7 min azarkeş izləyib. Qeyd edək ki, “Qarabağ” ilk oyunda “Vestri”ni 3:0, “Sabah” isə Uels təmsilçisi TNS-i 2:0 hesabı ilə məğlub edib.

İdman.Biz