“Qarabağ” FK-dan Kabo Verde millisinin hücumçusuna transfer həmləsi - İDDİA

11 İyul 2026 16:22
97
“Qarabağ” FK-dan Kabo Verde millisinin hücumçusuna transfer həmləsi - İDDİA

Rusiyanın “Akron” klubunun futbolçusu Gilson Bençimolun karyerasını Azərbaycanda davam etdirəcəyi iddia olunur.

İdman.Biz xəbər verir ki, “Qarabağ” Kabo Verde millisinin 24 yaşlı hücumçusunu transfer etmək niyyətindədir.

Bildirilir ki, Ağdam təmsilçisi futbolçunun keçidini reallaşdırmaq üçün danışıqlara start verib.

Bençimol ötən mövsüm bütün turnirlərdə 26 oyunda 12 qola imza atıb. Hücumçu Kabo Verde millisinin heyətində dünya çempionatında da çıxış edib

İdman.Biz