Tarixində ilk dəfə UEFA Çempionlar Liqasının Liqa mərhələsinə vəsiqə qazanan “Sabah”ın futbolçusu Tellur Mütəllimov uğurlu nəticədən sonra fikirlərini bölüşüb.
İdman.Biz xəbər verir ki, müdafiəçi komanda daxilində ona böyük inam olduğunu və meydana daxil olarkən qol vuracağına dair sözlər eşitdiyini bildirib.
“Çox sevincliyik. Meydana daxil olanda uşaqlar deyirdi ki, sən qol vuracaqsan. Final oyununda da qol vurmuşdum. Uşaqlar mənə inanırdı. Meydana daxil olanda baş məşqçi dedi ki, oyuna qoşul və aktiv ol”, - deyə Mütəllimov söyləyib.
Mütəllimov Liqa mərhələsində qarşılaşacaqları rəqiblərin kimliyinin onlar üçün həlledici olmadığını da vurğulayıb:
“Liqa mərhələsində gələcək rəqiblərin bizim üçün önəmi yoxdur. Orada da əlimizdən gələni etməyə çalışacağıq”.
Müdafiəçi son olaraq azarkeşlərə səslənib və onları dəstəyini möhtəşəm adlandırıb, növbəti oyunlar üçün də meydana çağırıb.
