11 yaşadək futbolçular arasında təşkil olunan Üçüncü “Ulduz Cup” beynəlxalq turnirində 1/4 finala yüksələn komandalar bəlli olub.
İdman.Biz xəbər verir ki, qrup oyunlarının yekun nəticələrinə əsasən, Azərbaycanı təmsil edən “Ulduz”, “Qarabağ” və “Neftçi” növbəti mərhələyə vəsiqə qazanıblar.
Onlarla yanaşı, Gürcüstanın “Dinamo Tbilisi”, Özbəkistanın “Paxtakor” və “Bunyodkor”, Polşanın “Drukarz”, Qazaxıstanın isə “Kayrat” komandaları da 1/4 finalda mübarizəni davam etdirəcəklər.
Beləliklə, turnirin qalibi olmaq uğrunda mübarizə səkkiz komanda arasında davam edəcək.
