“Sabah” UEFA Çempionlar Liqasının pley-off mərhələsinin cavab oyununda İsrailin Beer-Şeva “Hapoel” klubunu 5:2 hesabı ilə məğlub edərək Liqa mərhələsinə vəsiqə qazanıb.
İdman.Biz xəbər verir ki, AFFA prezidenti Rövşən Nəcəf bu uğur münasibətilə “Sabah”ı təbrik edib.
O, paylaşım edərək komandanın Çempionlar Liqasının Liqa mərhələsinə yüksəlməsini yüksək qiymətləndirib:
“Sabah klubunu UEFA Çempionlar Liqasının Liqa mərhələsinə yüksəlməsi münasibətilə ürəkdən təbrik edirəm! Komandamıza qarşıdakı oyunlarda uğurlar arzulayıram”.
