“Sabah” darmadağınla UEFA Çempionlar Liqasının əsas mərhələsinə vəsiqə qazanıb - YENİLƏNİB + FOTO/VİDEO

25 Avqust 2026 23:30
1 497
“Sabah” darmadağınla UEFA Çempionlar Liqasının əsas mərhələsinə vəsiqə qazanıb - YENİLƏNİB + FOTO/VİDEO

"Sabah" futbol komandası UEFA Çempionlar Liqasında əsas mərhələyə vəsiqə qazanıb.

İdman.Biz xəbər verir ki, ölkə çempionu pley-off mərhələsinin cavab oyununda İsrailin "Hapoel" (Beer-Şeva) kollektivini qəbul edib.

Tofiq Bəhramov adına Respublika stadionundakı qarşılaşmanın əsas vaxtı Azərbaycan təmsilçisinin qələbəsi ilə bitib - 3:2. (Ümumi hesab 3:3)

Qonaqların heyətində 10-cu dəqiqədə İqor Zlatanoviç, 61-ci dəqiqədə Qay Mizrahi fərqlənib. Azərbaycan təmsilçisində Kristian Nvaçukvu 38-ci, Umarali Raxmonaliyev 74-cü, Tellur Mütəllimov 90+4-cü dəqiqədə adını tabloya yazdırıb.

Rumıniyada baş tutan ilk görüşdə rəqib 2:1 hesabı ilə qalib gəldiyi üçün əlavə vaxta ehtiyac duyulub.

Əlavə vaxtda, 101-ci dəqiqədə Patrik Orfe Mbina, 115-ci dəqiqədə Coy-Lens Mikels növbəti dəfə qonaqları məyus ediblər.

Beləliklə, "Sabah" tarixində ilk dəfə UEFA Çempionlar Liqasının əsas mərhələsinə vəsiqə qazanıb.

23:18

Mikels 115-ci dəqiqədə "Sabah"ın beşinci qolunu vurdu. Hesab 5:2.dir.

22:49

"Sabah" rəqibin azlıqda qalmasından (100-cü dəqiqədə Cibril Diop ikinci sarı vərəqə ilə oyundan uzaqlaşdırılıb) istifadə edib hesab arasındakı fərqi artırır - 4:2. 101-ci dəqiqədə fərqlənən Mbina oldu.

22:49

Ümumi hesab bərabərləşdiyi üçün oyunda əlavə vaxt oynanılır.

22:45

Oyunun əsas vaxtına artırılmış sonuncu dəqiqədə - 90+4-də "Sabah" hesabda önə çıxır - 3:2 və ümumi hesabı bərabərləşdirir - 4:4. Fərqlənən Tellur Mütəllimov oldu.

22:23

"Sabah"ın heyətindən Umarali Raxmonaliyev 74-cü dəqiqədə hesabı bərabərləşdirir - 2:2.

22:10

Mizrahi 61-ci dəqiqədə "Hapoel"i hesabda önə çıxarır - 1:2.

21:51

“Sabah” - “Hapoel” (Beer-Şeva) qarşılaşmasında ikinci hissə başladı. İlk 45 dəqiqədən sonra hesab 1:1-dir.

21:35

UEFA Çempionlar Liqasının pley-off mərhələsində keçirilən “Sabah” - “Hapoel” (Beer-Şeva) qarşılaşmasında ilk hissə başa çatdı.

İdman.Biz xəbər verir ki, birinci hissədən sonra hesab 1:1-dir.

21:27

38-ci dəqiqədə "Sabah" hesabı bərabərləşdirdi. Fərqlənən Kristian Nvaçukvu oldu - 1:1. (ümumi hesab - 2:3)

20:57

"Hapoel" ikinci cəhddə hesabı açdı. 10-cu dəqiqədə fərqlənən İqor Zlatanoviç oldu - 0:1. (ümumi hesab - 1:3)

20:50

Oyunun üçüncü dəqiqəsində "Hapoel" hesabı açsa da, oyundankənar vəziyyətə görə qol ləğv olunur.

20:40

“Sabah” - “Hapoel” (Beer-Şeva) qarşılaşması başladı.

20:35

"Sabah"ın oyununu izləməyə gələnlər arasında gənclər və idman naziri Fərid Qayıbov da var.

20:28

İdman.Biz xəbər verir ki, UEFA Çempionlar Liqasının pley-off mərhələsində keçiriləcək “Sabah” - “Hapoel” (Beer-Şeva) qarşılaşmasında komandalar meydana aşağıdakı “11-lik”lə çıxacaqlar:

“Sabah”: Stas Pokatilov, Stiv Solve, Rəhman Daşdəmirov, Timoteuş Puxaç, Akim Zedadka, İvan Lepinitsa, Umarali Raxmonaliyev, Aleksey İsayev, Velko Simiç, Ksander Severina, Coy-Lens Mikels.

Baş məşqçi: Valdas Dambrauskas.

“Hapoel”: Ofir Marsiano, Pedro Amator, İtay Rotman, Migel Vitor, Qay Mizrahi, Eliel Perets, Lukas Ventura, Niv Yehoşuha, Zahi Ahmad, Ceyvon İst, İqor Zlatanoviç.

Baş məşqçi: Ran Kojux.

Qeyd edək ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək "Sabah" - "Hapoel" matçı saat 20:45-də başlayacaq. Səfərdə baş tutan ilk oyunda İsrail təmsilçisi 2:1 hesablı qələbə qazanıb.

20:15

Azarkeşlər hissə-hissə stadiona gəlirlər.

@idman.biz Sizcə, "Sabah" Çempionlar Liqasının əsas mərhələsinə vəsiqə əldə edə biləcəkmi ? 🤔 #sabahfk #azərbaycanfutbolu #futbolxəbərləri #kesfet ♬ orijinal ses - Idman və Biz

09:15

Bu gün “Sabah” futbol klubu UEFA Çempionlar Liqasının pley-off təsnifat mərhələsində cavab qarşılaşmasına çıxacaq.

İdman.Biz xəbər verir ki, Valdas Dambrauskasın baş məşqçi olduğu komanda İsrail təmsilçisi “Hapoel” (Beer-Şeva) ilə üz-üzə gələcək.

Qarşılaşmaya Tofiq Bəhramov adına Respublika stadionunda, saat 20:45-də start veriləcək. Görüşü rumıniyalı FIFA referisi İştvan Kovaç idarə edəcək.

Xatırladaq ki, komandalar arasında Rumıniyada baş tutan ilk görüşdə İsrail klubu 2:1 hesablı qələbə qazanıb.

Foto: İslam Atakişiyev

İdman.Biz
Məqalədə: