DÇ-2026 iştirakçısı 25 yaşında vəfat etdi

11 İyul 2026 17:37
85
DÇ-2026 iştirakçısı 25 yaşında vəfat etdi

Futbol üzrə Cənubi Afrika millisinin və "Mamelodi Sandauns" klubunun yarımmüdafiəçisi Ceyden Adams 25 yaşında vəfat edib.

İdman.Biz-in məlumatına görə, bu barədə "Soccer Laduma" portalı xəbər yayıb.

Xəbər mətbuatda dərc ediləndən bir qədər sonra, Gənc futbolçunun ölümü ilə bağlı yeni iddialar ortaya çıxıb.

Belə ki, Cənubi Afrika KİV-i 25 yaşlı futbolçunun vətənə qayıtdıqdan sonra yaşadığı evdə intihar etdiyi iddiasını yayıblar.

Məlumatlarda Adamsın uzun müddətdir ağır depressiyadan əziyyət çəkdiyi də qeyd olunur. Lakin bu məlumatlar hələlik nə futbolçunun ailəsi, nə klubu, nə də rəsmi qurumlar tərəfindən təsdiqlənməyib.

Adams 2025-ci ildə "Mamelodi Sandauns"a transfer olunmuşdu. O, komandanın heyətində keçirdiyi 27 oyunda dörd qol vurub. Bundan əvvəl isə beş il Cənubi Afrikanın "Stellenboş" klubunun şərəfini qoruyub. 2025/26 mövsümündə Afrika Çempionlar Liqasının qalibi olub.

Cənubi Afrika millisində doqquz oyun keçirən Adams bir qol vurub. O, 2026-cı il dünya çempionatının qrup mərhələsində komandasının keçirdiyi hər üç matçda meydana çıxsa da, məhsuldar fəaliyyətlə yadda qalmayıb. Yarımmüdafiəçi 1/16 finalda Kanadaya 0:1 hesabı ilə uduzduqları görüşdə isə iştirak etməyib.

İdman.Biz