Bekhem İngiltərə millisinin düşərgəsinə gəldi - VİDEO

11 İyul 2026 12:58
76
Bekhem İngiltərə millisinin düşərgəsinə gəldi - VİDEO

İngiltərə millisinin sabiq kapitanı Devid Bekhem 2026-cı il dünya çempionatının 1/4 finalı ərəfəsində komandanın düşərgəsinə baş çəkib.

İdman.Biz-in məlumatına görə, əfsanəvi futbolçu Mayamidə keçirilən məşqdə iştirak edərək yığma üzvlərinə mənəvi dəstək göstərib.

İngiltərə millisi dünya çempionatının 1/4 finalında Norveçlə qarşılaşacaq. Yarımfinala vəsiqə uğrunda həlledici görüş öncəsi Bekhem futbolçular və məşqçilər heyəti ilə görüşərək onlara uğurlar arzulayıb.

Qeyd edək ki, İngiltərə - Norveç matçının qalibi DÇ-2026-nın yarımfinalına yüksələcək.

İdman.Biz