“Sumqayıt” futbol klubu klubu heyətdə daha iki legionerlə yollarını ayırmağı planlaşdırır.
İdman.Biz sport24.az-a istinadən xəbər verir ki, “kimyaçılar” Abdul Raşid Mumini və Tresor Mossini gələcək planlarına daxil etməyib.
Bildirilir ki, klub rəhbərliyi hər iki futbolçu ilə vidalaşmağın yollarını axtarır. Lakin bunun reallaşması asan görünmür. Belə ki, Mumininin “Sumqayıt”la müqaviləsi 2028-ci ilin yayına, Mossinin sözləşməsi isə 2027-ci ilin yayına qədər qüvvədədir.
Hazırda “Sumqayıt”ın heyətində 10 legioner yer alır. Klub rəhbərliyi Mumini və Mossi ilə yolları ayıracağı təqdirdə, onların əvəzinə yeni əcnəbi futbolçular transfer etməyi planlaşdırır.
Qeyd edək ki, yekun qərarın yaxın vaxtlarda veriləcəyi gözlənilir.
