Skaloni: “Fransa - İspaniya oyunu erkən finaldır”

11 İyul 2026 11:21
89
Skaloni: “Fransa - İspaniya oyunu erkən finaldır”

Futbol üzrə Argentina millisinin baş məşqçisi Lionel Skaloni 2026-cı il dünya çempionatının yarımfinalında keçiriləcək Fransa - İspaniya matçı barədə fikirlərini bölüşüb.

İdman.Biz-in məlumatına görə, o, qarşılaşmanı mundialın vaxtından əvvəl keçirilən finalı adlandırıb.

“Əlbəttə, Fransa - İspaniya oyunu bir növ erkən finaldır. Hər iki komanda turnirin əsas favoritləridir”, – deyə Skaloni açıqlamasında bildirib.

İspaniya yığması dünya çempionatının 1/4 finalında Belçikanı 2:1 hesabı ilə məğlub edərək yarımfinala yüksəlib. Fransa isə Mərakeşi 2:0 hesabı ilə üstələyərək növbəti mərhələyə vəsiqə qazanıb.

Qeyd edək ki, Fransa - İspaniya yarımfinal görüşü iyulun 14-də keçiriləcək.

2026-cı il dünya çempionatı iyunun 11-dən iyulun 19-dək ABŞ, Kanada və Meksikada təşkil olunur. Turnirin son qalibi Argentina millisidir.

İdman.Biz