Yarımmüdafiəçi Edersonun “Mançester Yunayted”ə keçidi alınmayıb

11 İyul 2026 08:10
88
Yarımmüdafiəçi Edersonun “Mançester Yunayted”ə keçidi alınmayıb

"Atalanta"nın yarımmüdafiəçisi Ederson "Mançester Yunayted"ə keçməyəcək.

İdman.Biz bu barədə jurnalist Fabrizio Romanoya istinadən bildirir.

Məlumata görə, "qırmızı şeytanlar" planlarını dəyişib və İtaliya klubu yarımmüdafiəçini geri qaytarmaqdan məmnun olacaq.

Daha əvvəl mətbuatda İngiltərə klubunun bütün lazımi sənədlərin hazır olmasına baxmayaraq, zədə tarixçəsinə görə oyunçunun transferini yekunlaşdırmadığı bildirilirdi.

Braziliyalı yarımmüdafiəçi 2022-ci ilin yayından bəri "Atalanta"da çıxış edir. Ötən mövsüm 27 yaşlı futbolçu bütün yarışlarda 41 oyunda üç qol vurub və bir məhsuldar ötürmə edib.

İdman.Biz