“Komo” “Qalatasaray”ın oyunçusu ilə maraqlanır

11 İyul 2026 04:12
69
“Komo” “Qalatasaray”ın oyunçusu ilə maraqlanır

Hazırda "Qalatasaray"da oynayan "Tottenhem Hotspur"un keçmiş müdafiəçisi Davinson Sançes İtaliyanın "Komo" klubunun əsas transfer hədəflərindən birinə çevrilib.

İdman.Biz bu barədə "La Gazzetta dello Sport"a istinadən məlumat verir.

Türkiyə klubu oyunçu üçün 25-30 milyon avro istəyir ki, bu da transfer prosesini xeyli çətinləşdirə bilər. "Komo" artıq 20 milyon avroluq təklif təqdim edib. Digər amil isə oyunçunun maaşıdır: müdafiəçi vergi çıxıldıqdan sonra mövsümdə 3 milyon avrodan çox qazanır.

Keçən mövsüm 45 matçda Davinson Sançes iki qol vurub. Transfermarkt-ın məlumatına görə, onun hazırkı bazar dəyəri 16 milyon avrodur.

İdman.Biz