İsveçrənin mundialdakı bombardiri Argentinaya qarşı oynamayacaq

11 İyul 2026 00:28
99
İsveçrənin mundialdakı bombardiri Argentinaya qarşı oynamayacaq

İsveçrə millisinin yarımmüdafiəçisi Yohan Manzambi zədə səbəbindən 2026-cı il dünya çempionatının Argentinaya qarşı dörddəbir final matçını buraxacaq.

"Təəssüf ki, Yohan oynaya bilməyəcək. Onu yenidən formaya salmağa çalışdıq, amma hələ ki, buna nail ola bilmədik", - Sky Sport DE baş məşqçi Murat Yakından sitat gətirir.

Manzambinin diz zədəsi səbəbindən Kolumbiya ilə 1/8 final matçından (0:0, penaltilərdə 4:3) əvvəl məşqini dayandırdığı bildirilir. Nəticədə, yarımmüdafiəçi meydana çıxmayıb.

20 yaşında Manzambi bir dünya çempionatında beş məhsuldar hərəkət (üç qol və iki məhsuldar ötürmə) edən ən gənc oyunçu olub. O, həmçinin İsveçrənin hazırkı turnirdə ən çox qol vuran oyunçusudur.

Argentina və İsveçrə arasında 2026-cı il dünya çempionatının dörddəbir final matçı 12 iyulda Bakı vaxtı ilə saat 5:00-da başlayacaq.

İdman.Biz