Futbol üzrə DÇ-2026-da ingiltərəli hakimlər Entoni Teylor və Maykl Oliver Argentina millisinin oyunlarını idarə edə bilməyəcəklər.
İdman.Biz xəbər verir ki, FIFA bu qərarı İngiltərə ilə Argentina arasında Folklend adaları ilə bağlı davam edən siyasi gərginliyi nəzərə alaraq verib.
Məhdudiyyət 44 il əvvəl baş verən Folklend müharibəsinin nəticələri ilə əlaqələndirilir. Böyük Britaniya ilə Argentina arasında müharibə 1982-ci ildə baş verib.
Qərara əsasən, Entoni Teylor və Maykl Oliver DÇ-2026-da Argentina millisinin heç bir qarşılaşmasına təyin olunmayacaq. Bu səbəbdən Argentina finala yüksələrsə, ingilis hakimlərin həlledici matçı idarə etmək şansı da olmayacaq.
Eyni qayda əks istiqamətdə də tətbiq olunur. Argentinalı hakimlər İngiltərə millisinin oyunlarını idarə edə bilməzlər.
