Holand Fransa - Mərakeş matçının hakimini tənqid etdi

10 İyul 2026 14:27
100
Holand Fransa - Mərakeş matçının hakimini tənqid etdi

Norveç millisinin hücumçusu Erlinq Holand DÇ-2026-nın 1/4 finalında keçirilən Fransa - Mərakeş (2:0) oyununda hakim briqadasının işini tənqid edib.

İdman.Biz xəbər verir ki, qarşılaşmanın ən çox müzakirə olunan məqamlarından biri Nussair Məzrauinin Kilian Mbappeyə qarşı qayda pozuntusundan sonra təyin olunan penalti olub. Argentinalı baş hakim Fakundo Tello əvvəlcə 11 metrlik cərimə zərbəsini göstərsə də, VAR yoxlamasının başa çatmasını gözlədiyi üçün zərbənin icrasına üç dəqiqədən çox gecikmə ilə icazə verib.

Bir çox azarkeş və ekspert hesab edir ki, bu uzun fasilə Mbappenin psixoloji durumuna təsir göstərib. Nəticədə Fransa millisinin kapitanı penaltini qola çevirə bilməyib, Mərakeşin qapıçısı Yasin Bunu onun zərbəsini dəf edib.

Oyundan sonra Holand sosial şəbəkədə matçın televiziya yayımından görüntü paylaşaraq hakim qərarını tənqid edib.

“Penaltini vurmaq üçün beş dəqiqə gözləmək həddən artıqdır”, - deyə norveçli futbolçu qeyd edib.

İdman.Biz
Məqalədə: