Vozinya vətəninə DÇ-2026-nın dəyərli əşyaları ilə qayıtdı - FOTO

10 İyul 2026 12:18
101
Vozinya vətəninə DÇ-2026-nın dəyərli əşyaları ilə qayıtdı - FOTO

Kabo-Verde millisinin təcrübəli qapıçısı Vozinya DÇ-2026-dan vətəninə qiymətli xatirələrlə qayıdıb.

İdman.Biz xəbər verir ki, ilk dəfə dünya çempionatında iştirak edən ada ölkəsinin tarixində “Matçın ən yaxşı oyunçusu” mükafatına layiq görülən Vozinya DÇ-2026-nın əşyalarını Kabo-Verdeyə aparıb.

Qeyd edək ki, 40 yaşlı qapıçı DÇ-2026-nın əsas qəhrəmanlarından biri olub. O, xüsusilə İspaniya ilə qolsuz heç-heçədə möhtəşəm oyunu ilə “Matçın ən yaxşı oyunçusu” seçilib, daha sonra Argentina ilə dramatik 1/16 final qarşılaşmasında da çoxsaylı seyv edərək komandasının turnirin ən yaddaqalan kollektivlərindən birinə çevrilməsində mühüm rol oynayıb.

İdman.Biz
Məqalədə: