Argentinanın ən böyük dondurma mağazaları şəbəkələrindən biri olan “Grido Helado” DÇ-2026-nın 1/4 finalında İsveçrə ilə keçiriləcək oyun öncəsi maraqlı addım atıb.
İdman.Biz xəbər verir ki, şirkət İsveçrə şokoladlı dondurmanın satışını qarşılaşma başa çatanadək müvəqqəti dayandırıb.
“Grido Helado”nun sosial şəbəkə hesabında yayımlanan paylaşımda “İsveçrəliləri dondurucuda saxlayaq. İsveçrə şokoladı növbəti oyuna qədər heç bir “Grido”da mövcud olmayacaq” ifadələri yer alıb.

Şirkət kampaniya çərçivəsində mağazalarında “Burada İsveçrə şokoladı satılmır, yalnız Argentina şokoladı var” şüarından da istifadə edib. Aksiya sosial şəbəkələrdə böyük maraqla qarşılanıb.
Qeyd edək ki, İsveçrə şokoladı “Grido Helado”nun daimi məhsulları sırasında yer alır.
Argentina və İsveçrə arasında DÇ-2026-nın 1/4 final qarşılaşması iyulun 12-də, Bakı vaxtı ilə saat 05:00-da keçiriləcək.
