Seneqal millisinin hücumçusu Sadio Mane beynəlxalq karyerasını başa vurduğunu açıqlayıb.
İdman.Biz xəbər verir ki, 34 yaşlı futbolçu bundan sonra ölkəsinin milli komandasının formasını geyinməyəcək.
Mane Seneqal millisində 130 oyun keçirib və 54 qol vurub. O, bu göstərici ilə yığmanın tarixində ən məhsuldar futbolçudur.
Təcrübəli oyunçu milli komandadakı çıxışları zamanı iki dəfə Afrika Millətlər Kubokunun qalibi olub. Mane 2021-ci il turnirinin finalında həlledici penalti zərbəsini dəqiq yerinə yetirərək Seneqalın tarixində ilk dəfə Afrika çempionu olmasına kömək edib.
O, 2026-cı ilin yanvarında Afrika Millətlər Kubokundakı son turnirini keçirdiyini açıqlamışdı. Mane həmin yarışda Seneqalın çempion olmasında mühüm rol oynayıb və turnirin ən yaxşı futbolçusu seçilib.
