“Şəfa” futbol klubu yeni transferini reallaşdırıb.
İdman.Biz xəbər verir ki, bu barədə klub məlumat yayıb.
Yarımmüdafiəçi Musa Queli heyətə cəlb olunub. 27 yaşlı fransalı oyunçu ilə bir illik müqavilə imzalanıb.
Xatırladaq ki, M.Queli son olaraq Şimali Makedoniyanın “Tikves” klubunda çıxış edib. O, karyerası ərzində Türkiyədə “Samsunspor”un, Fransada isə “Dankerk”, “Red Star”, “Valansyen” və “Loryan” klublarının formasını geyinib.
